• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baydenlə Makronun Cənubi Qafqazla bağlı birgə bəyanatı

DÜNYA

09 Iyun 2024 | 12:26 | Müəllif: Subhan Mahmudov

Baydenlə Makronun Cənubi Qafqazla bağlı birgə bəyanatı

ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə iki ölkə prezidentləri Co Bayden və Emmanuel Makron Fransada danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.

“ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, Qafqaz regionundakı bütün insanların rifahı naminə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər ”, - deyə Ağ Evin saytında dərc olunan bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026