• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Marin Le Penə qarşı araşdırmalar başlayıb

DÜNYA

09 Iyul 2024 | 11:08 | Müəllif: Gülşən Şərif

Marin Le Penə qarşı araşdırmalar başlayıb

Paris prokurorluğu sağçı Milli Mitinq partiyasının lideri Marin Le Penə qarşı 2022-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi şübhəsi ilə bağlı istintaqa başlayıb. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırmaya Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın şikayəti səbəb olub. 

Fransa qanunlarına əsasən, namizədlərin seçki kampaniyaları zamanı müəyyən edilmiş xərcləmə limitini aşması qadağandır. Şərtlər yerinə yetirilərsə, dövlət xərclərin bir hissəsini ödəyəcək. Əks halda Milli Kampaniya Hesablama Komissiyası seçki hesablarına düzəlişlər edə, həmçinin işi növbəti icraata göndərə bilər. 

Marin Le Penin şərtlərə əməl etmədiyi iddia olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026