• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Ağ Evdən Qəzza açıqlaması: "Biz nəticəyə yaxınıq"

DÜNYA

08 Avqust 2024 | 10:27

Ağ Evdən Qəzza açıqlaması: Biz nəticəyə yaxınıq

Ağ Ev Qəzzada atəşkəsə hər zamankindən daha yaxın olduqlarını bəyan edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu mətbuat konfrasında çıxış edən Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib.

Yaxın Şərqdə artan gərginliyi və Qəzzada atəşkəs prosesini dəyərləndirən Kirbiyə görə, Qəzzada atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün danışıqların davam edir.

"Masada bir təklif var və yaxşı təklifdir. Bu təklif bizə 6 həftəlik atəşkəs və məhbusların azad edilməsini gətirəcək. Təklif olunan razılaşma ilə bağlı hələlik heç bir tərəf razılığa gəlməyib. Biz hesab edirik ki, nəticəyə gəlmək üçün hər iki tərəf bəzi son toxunuşlar etməlidir", - deyə müşavir qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Sentyabr 2024