• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Süni intellektə malik ilk ev cihazı

DÜNYA

09 Iyul 2024 | 12:15

Süni intellektə malik ilk ev cihazı

“Apple” süni intellektə malik masaüstü robot buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin müşahidəçisi Mark Qurmanın sözlərinə görə , şirkət ev istifadəsi üçün süni intellekti dəstəkləyən ilk cihaz haqqında qərar qəbul edib.

Qurman qeyd edib ki, o, robotun görünüşünü hələ aprel ayında proqnozlaşdırmışdı.

Daha sonra mütəxəssis bildirib ki, “Apple” şirkətinin təqdim etdiyi robot müxtəlif tapşırıqları yerinə yetirərək, evdəki istifadəçilərə kömək edə bilər.

Materialda deyilir ki, robot “Apple”ın digər ev cihazı olan “HomePod” smart-dinamikini əvəz edə bilər.

Mark Qurmanın sözlərinə görə, Apple yaxın vaxtlarda ev robotunu təqdim etməyəcək, çünki onun inkişafı bu yaxınlarda başlayıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026