• Bakı 15° C

    2.52 m/s

Ərdoğan Putinlə görüşə bilər

DÜNYA

09 Noyabr 2022 | 13:47 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 liderlərinin İndoneziyanın Bali şəhərində keçiriləcək sammiti çərçivəsində Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşə bilər.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi bildirib.

Onun sözlərinə görə, əgər görüş baş tutarsa, dövlət başçılarının Rusiya və Ukraynadan taxıl ixracı məsələsini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, G-20 liderlərinin sammiti noyabrın 13-14-də Balidə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026