• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Ərdoğan Putin və Zelenski ilə danışacaq

DÜNYA

09 Dekabr 2022 | 13:30

Ərdoğan Putin və Zelenski ilə danışacaq

“Bazar günü (dekabrın 11-də - red.) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.

“Eyni zamanda, ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacağam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, - Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır: “Səylərimizi gələcəkdə də davam edəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR