• Bakı 14° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Ərdoğan: Ümid edirik ki, Rusiya və Ukrayna təxribatlara boyun əyməyəcək

DÜNYA

20 Noyabr 2024 | 15:45

Ərdoğan: Ümid edirik ki, Rusiya və Ukrayna təxribatlara boyun əyməyəcək

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi genişmiqyaslı müharibəyə yol aça biər.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiyanın dərinliklərinə endirilən uzunmənzilli ATACMS raketləri ilə zərbələr endirməsinə qoyulan qadağanı ləğv etmək qərarı genişmiqyaslı müharibənin alovlanması təhlükəsi yaradır.

"Bu addım münaqişəni gərginləşdirməklə yanaşı, nüvə doktrinası bu cür hücumlara nüvə silahı ilə cavab verməyə imkan verən Rusiyanın reaksiyasına səbəb olacaq. Bütün bunlar regionu və dünyanı yeni genişmiqyaslı müharibənin astanasına qoya bilər. Bu yanaşma sizi heç bir yerə aparmayacaq. Biz gözləyirik və ümid edirik ki, Ukrayna və Rusiya tərəfləri sülhə, sakitliyə və təxribatlara boyun əyməməyə diqqət göstərəcəklər", - deyə Türkiyə prezidenti vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Noyabr 2024