• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğanın Suriyaya gedəcəyi vaxt AÇIQLANDI

DÜNYA

20 Dekabr 2024 | 14:35

Ərdoğanın Suriyaya gedəcəyi vaxt AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın 15 gün ərzində Suriyaya səfər edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, “Türkiye gazetesi”nin müxbiri Yılmaz Bilgenin xəbərinə görə, Dəməşq mənbələri Ərdoğanın bu səfərə hazırlaşdığını bildirib.

Bu səfərin Türkiyənin Suriya siyasəti və regional əməkdaşlıq baxımından yeni dövrün başlanğıcı ola biləcəyi şərh edilir.

Son zamanlar Türkiyə-Suriya münasibətlərində mühüm addımlar atılıb. Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın da bir neçə gün öncə Suriya paytaxtı Dəməşqə səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR