• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərdoğanla Bəşər Əsəd bu şəhərdə görüşə bilərlər

DÜNYA

22 Iyul 2024 | 21:13 | Müəllif: Subhan Mahmudov

Ərdoğanla Bəşər Əsəd bu şəhərdə görüşə bilərlər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti xəbər yayıb. 

Nəşrin məlumatına görə, İraqın baş naziri Məhəmməd əl-Sudani görüşə dəvət oluna bilər, lakin çox güman ki, İran bu görüşə dəvət edilməyəcək.

"Daily Sabah" Türkiyə qoşunlarının Suriyanın şimalından çıxarılması məsələsinin daha sonra müzakirə olunmasına qərar verildiyini və ilk görüşdə əsas məsələlərdən birinin ikitərəfli ticarət məsələləri olacağını yazıb.

Türkiyə rəsmiləri hələlik bu məlumatı təsdiq etməyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026