• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan çalxalanır:  Aksiyanın arxasında hansı qüvvələr durur?

SİYASƏT

27 May 2024 | 17:05

Ermənistan çalxalanır:  Aksiyanın arxasında hansı qüvvələr durur?

Xəbər verdiyimiz kimi, Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb. İtaətsizlik aksiyasına qarşı hüquq-mühafizə orqanı əməkdaşları ciddi tədbirlər görürlər. Erməni polisi indiyə qədər aksiya iştirakçılarından yüzlərlə şəxsin saxlanıldığını bildirib. Saxlanılanlar arasında general-mayor İqor Xaçaturov, “Ermənistan” fraksiyasının deputatları Artur Sərkisyan, Aşot Simonyan və müğənni Arsen Qriqoryan da var.

Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanda baş verən hadisələr bütövlükdə bu ölkədə daxili auditoriyanı qızışdırmaq və həmçinin, narazılıq yaratmaq məqsədi daşıyır.

Ekspert hesab edir ki, keşiş Baqrat Qalstanyanın arxasında anti-Paşinyan qüvvələrin bir çoxu cəmləşiblər:

"İndiyədək Ermənistanın ictimai-siyasi rəyində görünməyən və heç nə ifadə etməyən bir keşişin birdən-birə ölkədə etiraz aksiyaları başlatması əslində hadisənin nə qədər təhlükəli olduğunu göstərir”.

Müsahibimizə görə, "Vətən naminə Tavuş" hərəkatı adlı qondarma komediyanın rəhbərlərindən olan Qurgen Melikyan erməni arxiyepiskop Baqrat Qalstanyanı Ermənistanın baş naziri kimi gördüyünü vurğulayıb. Əlbəttə, bunlar çox təhlükəli prosedurdur. Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün ciddi formada Ermənistanda cəmiyyəti ayağa qaldırmağa çalışırlar. Paşinyan ciddi sınaq qarşısındadır:

“Ölkənin daxilində xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş bəlli dairələr var və onlar vəziyyəti daha da qəlizləşdirmək istəyirlər. Ermənistanın destabilliyinə nail olmaqla uzun illər dalan dövlətinə çevrilmiş ölkəni daha da dalana dirəmək niyyəti güdürlər".

Tutral İsmayılov: Baş verənlər ölkədə daxili auditoriyanı qızışdırmaq, narazılıq yaratmaq məqsədi daşıyır

Analitik vurğulayıb ki, Ermənistan hökumətinin əlində kifayət qədər imkanlar var və mövcud vəziyyəti dəyişə bilər:

"Ermənistanda aksiyaçıların həbsi, polisin aksiyaçılara müdaxilələri etirazların Paşinyana ciddi şəkildə təhlükə yaratmaq ehtimalının zəif olduğunu göstərir. Burada ən böyük problemlərdən biri aksiyaların arxasında xarici güclərin, xüsusən anti-Paşinyan əleyhdarlarının olmasıdır. Bu, vəziyyəti bir qədər də təhlükəli edir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024