• Bakı 14° C

    1.94 m/s

Ermənistan KTMT-dən çıxır?

DÜNYA

03 Noyabr 2023 | 14:06

Ermənistan KTMT-dən çıxır?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir müzakirə yoxdur.

Bakıvaxtı.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan parlamentdə gələn ilin büdcəsinə dair müzakirələr zamanı bildirib.

Paruyr Ovannisyan, həmçinin, İrəvanın postsovet inteqrasiya strukturlarının - KTMT, MDB və s. görüşlərini və sammitlərini ən yüksək səviyyədə boykot etməsi ilə fikri ilə razılaşmır.

O, həmin görüşlərdə Baş nazirin və xarici işlər nazirlərinin müavinlərinin müvafiq qaydada iştirak etdiklərini diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR