• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı meydanda qalib idi, ancaq savaşı dayandırdı – Çirielli

DÜNYA

03 Dekabr 2023 | 10:22 | Müəllif: Subhan Mahmudov

Bakı meydanda qalib idi, ancaq savaşı dayandırdı – Çirielli

İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəlməsinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı.

Bakıvaxtı.az bildirir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli "Formiche" qəzetinə müsahibəsində deyib.

"Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu", - o bildirib.

Nazir müavini vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR