• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir

DÜNYA

27 Mart 2025 | 21:55

Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

"Onlar siyasi meyitlərdir. Nə Robert Köçəryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür", - Simonyan jurnalistlərlə söhbətində deyib.

Baş nazir Nikol Paşinyan martın 27-də parlamentdə “hökumət saatı” zamanı deyib ki, keçmiş prezidentlər ona təslimçi adlandırırlar. O, növbəti dəfə Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı debata dəvət edib və aqressiv tonda “onları divara sıxacağını” bildirib. Paşinyan iddia edib ki, divardan “siyasi meyitlərin qalıqları qoparılacaq”.

Simonyan isə bildirib ki, o, Paşinyanın sözlərini təsdiqləyir. Bundan əlavə, o, keçmiş prezidentlərin ofislərinin Paşinyanın çıxışına cavab verməsi ilə bağlı bildirib ki, sabiq dövlət başçılarının yalnız bir yolu var – debatlar: “Üç keçmiş prezidentdən biri maraqlı debata gedə bilərmi? Biz onları hamımız yaxşı tanıyırıq”, - parlamentin spikeri qeyd edib.


SON XƏBƏRLƏR

30 Mart 2025