• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda etirazçılar İrəvan-Armavir yolunu bağladı - VİDEO

DÜNYA

29 Aprel 2024 | 11:25

Ermənistanda etirazçılar İrəvan-Armavir yolunu bağladı - VİDEO

Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edən bir qrup sakin səhər saatlarından İrəvan-Armavir yolunu bağlayıb.

Bakıvaxtı.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılara “Ermənistan” blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub.

Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib. Polis aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edib. Onlara bildirilib ki, əks halda bu, polisin qanuni tələbinə tabesizlik kimi qiymətləndiriləcək və adekvat tədbirlər görüləcək.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026