• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Türkiyədə Ülkü Ocaqlarının başqanı güllələndi

DÜNYA

29 May 2024 | 11:14 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə Ülkü Ocaqlarının başqanı güllələndi

Türkiyədə Ülkü Ocaqlarının başqanı güllələnib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Sakaryada qeydə alınıb. Belə ki, Sakaryada S.K. Ülkü Ocaqları Sapanca İlçe Başçısı Emirhan Kabalakı güllələyib.

Məlumata görə, Ülkü Ocaqları Sapanca İlçe Baş Qərargahı binası qarşısında Emirhan Kabalak və S.K. arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə zamanı S.K silahla Kabalağa atəş açıb. Güllələr başkanın hər iki ayağına dəyib.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. E.Kabalak təcili yardımla Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı istintaq başlayıb.

Şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR