• Bakı 12° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ermənistanın baş naziri: İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır

SİYASƏT

26 Mart 2025 | 17:46

Ermənistanın baş naziri: İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır

Hazırda Ermənistan Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bu gün “Hökumət saatı” zamanı bildirib.

"Biz bütün halları (Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması) araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq", - o deyib.

Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib.


SON XƏBƏRLƏR

29 Mart 2025