• Bakı 21° C

    3.72 m/s

Ermənistanın təxribatları nədən xəbər verir?

SİYASƏT

12 May 2022 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın təxribatları nədən xəbər verir?

“Ermənilərin atəşkəsi pozması artıq 30 ildə bizə bir çox şeyləri öyrədib”.

Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev Ermənistan silahlı qüvvələrinin bölmələrinin son günlər Ordumuzun mövqelərini atəşə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, adətən, Azərbaycan tərəfi hansısa məsələnin müsbət həllinə nail olacağı ərəfələrdə ermənilər yüksək səviyyədə bu cür təxribatlar törədiblər: “Bunlar bizə məlumdur. Növbəti təxribatlar da rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyi ilə bağlıdır. Paşinyanın tərəfdarı olmayan, bizim Şimal-Cənub qonşumuzda və Ermənistandakı müəyyən hərbi, dini elitasında olan revanşist qüvvələr bunu istəmirlər. Burda kilsə çox mühüm rol oynayır. Ancaq Ermənistan bir qüvvə kimi artıq Azərbaycan üçün yoxdur, ermənilər bunu dərk etməlidir”.

Politoloq qeyd edib ki, növbəti təxribatların əsas məqsədi sülh sazişinin bağlanmasına maneəçilik törədmək, sərhədlərin delimitasiya və demarkasiyanı pozmaq, Zəngəzur dəhlizinin açılışını gecikdirmək və bununla da Paşinyanla digər dövlətlər arasında gərginlik yaratmaqdır: “Amma ermənilər bir şeyi dərk eləməlidirlər ki, Azərbaycan bu məsələdə tək deyil. Artıq dünən ABŞ-ın dövlət katibi Entoni Blinkenin cənab Prezidentə zəng etməsi və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı özlərinin müsbət mövqeyini bildirməsi yeni siyasi stuasiyadan xəbər verir. Həmçinin bu, Azərbaycanın yaratdığı Qafqaza yeni reallıqlarla uyğun gələn bir siyasi addımdır. Bu təxribatların artma ehtimalı var. Çünki mayın 10-da cənab Prezidentin Birinci vitce-prezident Mehriban Əliyeva ilə Şuşaya səfəri, bu gün orda 5-ci “Xarıbülbül” festivalının keçirilməsi, mayın 3-dən 8-ə qədər orada Azərbaycan mətbəxinin dünya dövlətləri səviyyəsində təbliğinin getməsi, Azərbaycanda bu ilin “Şuşa ilə” elan edilməsi, Şuşanı türk dünyasının mədəniyyət ocağı elan olunması, bütün bunların hamısı erməniləri dəli edir”. C.Nuriyevin dediyinə görə, nəzərə alsaq ki, Şuşada baş verən bütün proseslər Xankəndi və ətraf bölgələrdə də izlənilir, Ermənistanda çox güclü bir depressiya yaranıb: “Həmçinin, nəzərə alsaq ki, Ermənistanda artıq ağıllı adamlar əmələ gəlməyə başlayıb, onlar nəinki Paşinyanı dəsdəkləyirlər, artıq istər hərbi əsirlikdə olanların, şəhidlərin ataları bu məsələlərə son qoyulmasını və Azərbaycanla sülh sazişinin bağlanmasını istəyirlər. Ona görə də, təbii ki, Ermənistanda narazı olan qüvvələr bu cür addımlar atmağa çalışacaq. Məqsəd də, təbii ki, Azərbaycan və Ermənistan arasındakı sazişin bağlanmasına maneə törətməkdir”.

Müsahibimiz deti rki, hazırda vaxtın uzadılması Azərbaycanın xeyrinədir: “Onlar Zəngəzur dəhlizi ilə bağlı vaxtı uzatdılar Azərbaycan İranla memorandum imzaladı. Yəni, Zəngəzur dəhlizinin açılması Ermənistana daha çox xeyir gətirəckdi, nəinki bizə. Biz onu artıq İran üzərindən də həyata keçirə biləcəyik. Hesab edirəm ki, Ermənistan bəzi məsələləri düşünmək məcburiyyətində qalacaq, ona görə bu cür təxribatlar olacaq və Azərbaycan buna hazırdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026