• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ət, süd və yumurta istehsalında artım: QİYMƏTLƏR UCUZLAŞIR?

İQTİSADİYYAT

15 Aprel 2024 | 15:54

Ət, süd və yumurta istehsalında artım: QİYMƏTLƏR UCUZLAŞIR?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 3 ayında ət istehsalı 0,6 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz artıb.

Bəs sözügedən məhsulların istehsalının artması onların ölkə bazarındakı hazırkı qiymətlərinə necə təsir edəcək?

İqtisadçı Akif Nəsirli bu barədə Bakıvaxtı.az-a bildirib ki, ət və süd məhsulları üzrə ölkə bazarında xaricdən asılılıq çox yüksək səviyyədədir:

“Bu məhsullar idxaldan asılıdır. İdxaldan asılılığın aradan qaldırılması üçün də yerli istehsal genişlənməlidir. 0,6 faiz artım bu məhsulların qiymətinə önəmli təsir göstərə bilməz. Sözügedən məhsulların uculaşması üçün ən azı onların hazırkı istehsalı 100 faiz artmalıdır”.

 

Akif Nəsirli, iqtisadçı

Ekspertin fikrinсə, növbəti aylarda ət və süddən fərqli olaraq yumurtanın qiymətində ucuzlaşma ola bilər:

“Biz yumurta ixracatına başlamışıq. Hazırda növbəti rübdə də yumurta istehsalının keçən ilə nisbətən bir qədər artması gözləniləndir. Yaxın gələcəkdə yumurta bol olduğu üçün qiyməti ucuzlaşmayacaq. Amma qarşıdan isti aylar gəlir. Yumurtaya tələbat azalacaq. İstehsalsa artacaq. Bu fonda yumurtanın qiymətində ucuzlaşma müşahidə oluna bilər”.

İqtisadçı Eyyub Kərimli isə Bakıvaxtı.az-a bildirib ki, hər bir məhsulun istehsalının artması məntiqlə onun qiymətinə də təsir etməlidir:

“Hazırda ölkəmizdə yumurta istehsalında artım kəskindir və yumurta qiymətlərində ucuzlaşma hiss edirik. Lakin ət və süd məhsullarında artım əhəmiyyətli deyil. Buna görə, düşünmürəm ki, bu artım qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

Eyyub Kərimli, iqtisadçı

Onun sözlərinə görə, növbəti üç ayda, qarşıdan gələn yay aylarında heyvanların örüş yerlərinə buraxılması ilə əlaqədar yemin qiyməti aşağı düşəcək. Bu da ətin maya dəyərinə təsir edə bilər:

"İstehsal artsa, qiymət müəyyən qədər aşağı düşəcək”.

Günəş Mərd


SON XƏBƏRLƏR