Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı məhkəməyə təqdim etdiyi dəlilləri sosial şəbəkə hesabında yayıb.
Bakıvaxtı.az xəbər verir ki, tanınmış diktor, Əməkdar artist Nailə İslamzadə Flora Kərimovanın paylaşımına şərh yazaraq ona dəstək olub.
"Flora xanıma “Sən kimsən” deyə sual verilir. Cavabını mən verim: Flora xanım həm sənəti, həm şəxsiyyəti, həm mərdliyi və vətənpərvərliyi ilə mənəvi dünyamızı nurlandıran bir varlıqdır. Bənzərsiz, təkrarsız, əvəzolunmaz səsi ilə Allahın bizə bəxş etdiyi ilahi bir möcüzədir".
N.İslamzadə qeyd edib ki, F.Kərimovanın hər bir müğənniyə irad tutmağa haqqı var: "Bu iradına “sağ ol” deyərək vaxtlnda nəticə çıxarmaq lazım idi, o isə təhqirlərə keçdi. Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil. Pul heç zaman sahibinə millət sevgisi qazandıra bilməz. Əziz Flora xanim! Millət sizi sevir, bundan böyük mükafat olmaz!!!", - deyə Nailə İslamzadə bildirib.
Aytac Aslan
















