• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Toppuş bacı"dan SON XƏBƏR: "Həkimlərin cavabı..."

MƏDƏNİYYƏT

05 May 2022 | 17:39

"Toppuş bacı"dan SON XƏBƏR: "Həkimlərin cavabı..."

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva səhhəti barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, lent.az-a açıqlama verən “Toppuş bacı” bildirib ki, həkim nəzarətindədir: “Həkimlər sağ olsunlar, daim məni diqqətdə saxlayırlar. Sayca 44-cü kimya terapiyamı qəbul etdim. Artıq 2 həftədir ki, kimyalara başlamışam. İki ay iki həftədən sonra yenidən analiz verəcəm. Həkimlərin cavabı nə olacaqsa, ona uyğun da müalicə etdirəcəyəm. Xəstəliklə mübarizəm davam edir”. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. T.Əliyeva dünən verdiyi açıqlamada şişlərin artıq qara ciyərinə və sümüyünə yayıldığını demişdi: “Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR