• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO

MƏDƏNİYYƏT

03 Iyun 2022 | 18:14 | Müəllif: Subhan Mahmudov

Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO

Müğənni Manaf Ağayev “Mercedes-Maybach” markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. 

O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. (oxu.az)

Qeyd edək ki, bu qayda pozuntusuna görə “Yol hərəkəti” haqqında qanuna əsasən, sürücüyə 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilir.

Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb.

Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026