• Bakı 13° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

“Formula 1” pilotları Bakıda avtoqraf verdilər - FOTO

FORMULA 1

11 Iyun 2022 | 14:16

“Formula 1” pilotları Bakıda avtoqraf verdilər - FOTO

Bu gün "Formula 1" iştirakçıları Bakıda yarışsevərlərə avtoqraflar veriblər.

Bakıvaxtı.az xəbər verir ki, 10 iyun tarixindən etibarən start götürən və davam edən “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində pilotların Bakıda avtoqraf sessiyası keçirilib. Hər biri 45 dəqiqə olmaqla, iki hissədən ibarət sessiyada azarkeşlər pilotlardan avtoqraf alıb, onlarla şəkil çəkdirmək şansı qazanıb.
 
Toplam 10 komandanın iştirak etdiyi avtoqraf sessiyasında ilk olaraq “McLaren”, “Haas”, “Red Bull”, “Alfa Romeo”, “Alpha Tauri” komandalarının pilotları azarkeşlərlə görüşüb, avtoqraf veriblər.
 
İkinci sessiyada isə fanatlar “Mercedes”, “Alpine”, “Ferrari”,“Aston Martin” və “Williams” pilotlarından xatirə imzası alıblar.
 
Xatırladaq ki, yalnız üç günlük bilet sahibləri “Formula 1” Azərbaycan Qran Prisini izləməklə yanaşı, Dənizkənarı Milli Park ərazisində hazırlanmış Əyləncə Zonasında vaxt keçirə və avtoqraf sessiyalarında iştirak edə bilər.
 
Ramid İbrahimov
 


SON XƏBƏRLƏR