Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisəyə "Dams" komandasından Ayumu İvasanın idarəetməni itirməsi səbəb olub.
Onun idarə etdiyi bolidi sıralama turunda qoruyucu səddə çırpılıb. İvasa yarışı davam etdirə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
Ramid İbrahimov
















