Fransanın yeni təyin olunmuş Baş naziri Mişel Barnier yeni hökuməti gələn həftəyədək quracağı ilə bağlı vəd verib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin yeni baş naziri Barnier Marne əyalətinin Reyms şəhərində mətbuata açıqlama verib.
Siyasi partiya liderləri ilə ciddi və üsula uyğun hökumət qurmaq üçün danışıqları davam etdirdiyini bildirən Barnier gələn həftə hökumətin qurulacağını deyib.
O, qeyd edib ki, məqsədi dəyişmiş hökumət yox, tamamilə yeni hökumət qurmaqdır.
Əli Hüseynov