• Bakı 21° C

    1.58 m/s

Füzuli Bağırov faciəvi şəkildə öldü - FOTO

HADİSƏ

24 Dekabr 2023 | 17:11 | Müəllif: Subhan Mahmudov

Füzuli Bağırov faciəvi şəkildə öldü - FOTO

Sumqayıtda qəzada ölən moped sürücüsünün kimliyi məlum olub. 

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla bildirir ki, hadisə nəticəsində ölən şəxs 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovdur. 

O, Dünya Avropa mükafatçısı, tanınmış cüdo müəllimi, idman ustası, əməkdar məşqçi imiş. 

Qeyd edək ki, Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb. 

Sürücü aldığı yaralardan hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.


Füzuli Bağırov faciəvi şəkildə öldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026