Gəncə şəhərində 16 yaşlı uşaq təcazvüz nəticəsində 7 aylıq hamilədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılır: "Təhqiqat gedir, ekspertiza olunub. Azyaşlı əqli qüsurludur. Ailənin dediyinə görə, qızın halı getdikcə ağırlaşır, bu səbəbdən hamiləliyi dayandırma qərarını istəyirlər. Buna isə müvafiq qurum qərar verməlidir.
O adam isə hələ əl-qolu sallana-sallana gəzir. Axı, qızın 16 yaşı tamamdır. Yəqin "öz xoşu ilə" deyəcəklər. O isə xüsusi qayğıya ehtiyacı olan biridir".
QHT rəhbəri Gülnarə Əmiraslanova bildirib ki, təcavüz edən şəxsin 62 yaşı var: "Ailə köməksiz vəziyyətdədir. Azyaşlıya qarşı təcavüzdür. Cinayətdir. Şikayətləri təmin olunmur. Təcavüz edən qonşularıdır. Aidiyyatı təşkilatlara məlumat verdik".
Ramid İbrahimov






png-1649413243.webp)









