Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Səbail rayonu, 20-ci sahə, Bibiheybət yolu küçəsində avtomobil yoluna asfalt örtüyü çəkib.
Bakıvaxtı.az xəbər verir ki, asfalt örtüyü çəkilən zaman Rusiya dövlət nömrə nişanlı avtomobilin olduğu yerə asfalt vurmayıblar.
Həmin ərazinin fotogörüntüsü sosial şəbəkədə payılaşıldıqdan sonra müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Bakıvaxtı.az-a bildirib ki, şəkildə görünən avtomobilin sahibi tapılmadığı üçün nəqliyyat vasitəsinin olduğu ərazi asfaltlanmayıb.
“Asfallt əraziyə müəyyən temperaturda gətirilir və soyumamış yola döşənməlidir. Yəni nəqliyyat vasitəsinin sürücüsü tapılanadək asfaltın saxanılması mümkün deyil. Maşın ərazidən çəkildikdən sonra problem həll olunacaq.
Qeyd edim ki, digər təmir işləri zamanı belə halla qarşılaşanda biz polisə müraciət edirik. Polis sürücünü tapdıqdan və nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılandan sonra təmir işini davam etdiririk. Amma asfalt döşənməsi zamanı sürücünün tapılmasını gözləmək mümkün deyil. Biz nəqliyyat vasitəsinə toxuna da bilməzdik”, - deyə A.Nəcəfli bildirib.
Ramid İbrahimov
















