• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanlı alim İranda bu tarixdə EDAM EDİLƏCƏK

GÜNDƏM

05 May 2022 | 00:01 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı alim İranda bu tarixdə EDAM EDİLƏCƏK

İranda İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam ediləcəyi tarix açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 2016-ci ildən İranda həbsdə olan Cəlali mayın 21-də edam olunacaq.  İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı "Mossad"a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib.

Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir. 

Əhmədrza Cəlali 2016-cı ildə İranda akademik səfərdə olarkən həbs edilib və 2017-ci ildə barəsində ölüm hökmü çıxarılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026