• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya aviaşirkəti Mahaçqala-Bakı reysini bərpa edir

GÜNDƏM

31 May 2022 | 18:58 | Müəllif: Subhan Mahmudov

Rusiya aviaşirkəti Mahaçqala-Bakı reysini bərpa edir

Rusiyanın "Utair" aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu ilə uçuşları bərpa edir.

Bakıvaxtı.az bu barədə Mahaçqala hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, reyslər həftədə iki dəfə, cümə və bazar günləri yerinə yetiriləcək.

Mahaçqaladan saat 15:00-da yola düşən təyyarə 17:30-da Bakıda eniş edəcək. Əks istiqamətdə isə təyyarə Bakıdan 18:30-da havaya qalxacaq, yerli vaxtla 18:30-da Mahaçqalaya çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026