• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə “Qarabağ parkı” açılacaq

GÜNDƏM

28 Iyun 2022 | 00:06 | Müəllif: Subhan Mahmudov

Türkiyədə “Qarabağ parkı” açılacaq

Türkiyənin Batman şəhərində "Qarabağ parkı" açılacaq.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq.

Mərasim çərçivəsində mügənni Azərinin konsert proqramı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəniyyətini əks etdirən 7 pavilyonun açılışı da olacaq.

Ümumi sahəsi 15 397 kvadratmetr olan "Qarabağ parkı" Batman bələdiyyəsi tərəfindən salınıb. Parkda uşaq meydançası, terraslar, tematik və istirahət zonaları yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026