• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Deputata cinayət işi AÇILA BİLƏR - SƏBƏB

GÜNDƏM

25 Iyul 2022 | 17:23

Deputata cinayət işi AÇILA BİLƏR - SƏBƏB

İnşaat sektorunda tanınmış şirkətlərdən biri olan "Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinə (ASC) məxsus şirkətlər borc içindədir.

Bakıvaxtı.az xəbər verir ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Milli Məclisin deputatı Ağalar Vəliyev rəhbrəlik etdiyi şirkətlər dövlət büdcəsinə böyük məbləğdə vergi borcu yaranıb.

Şirkətin filliallarının ümumi borcu 110 min manatdan çoxdur.

“Azəraqrartikinti” ASC-nin Mingəçevir “Aqrartikinti” Filialının 45 min 746 manat, “Aqrartikintiservis” Firmasının 22 min 434 manat, İnzibati Təsərrüfat Filialının 18 min 311 manat, Neftçala Aqrartikinti Filialının 10 min 049 manat, Zaqatala “Aqrartikinti” Filialının 5156 manat, Daşkəsən Aqrartikinti Filialının 4359 manat, eləcə də, “Azəraqrartikinti” ASC-nin və “Pim Proje Yönetim Inşaat Mimarlik Sanayi Ve Ticaret Anonim Şirketi”nin Tam Ortaqlığının 4251 manat dövlət büdcəsinə vergi borcu var.

Qeyd edək ki, ilk olaraq, hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Borc bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Borc bundan sonra da ödənilmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı siyahıya alınır və mövcud qanunvericiliyə uyğun olaraq, belə vergi ödəyicilərinə qarşı daha sərt tədbirlər görülür.

Məlum olduğu kimi, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri ödəməkdən yayınma cinayət əməli hesab edilir.

Cinayət tərkibi yaradan məbləğdə borcu olan vergi ödəyicilərinə borc materiallarının birgə araşdırılması və onun ödənilməsi barədə çağırış vərəqələri göndərilir, borc araşdırmadan sonra da ödənilmədikdə isə cinayət tərkibi yaradan vergi borcu ilə bağlı materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə aidiyyəti üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.

Mövcud praktika göstərir ki, vergi ödəyiciləri barəsində cinayət işinin açılması onların işgüzar nüfuzuna ciddi xələl gətirən amillərdən biri olduğuna görə, xeyli və ya külli miqdarda vergi borclarının ödənilməməsinə görə barəsində cinayət işi açılan vergi ödəyicilərinin çoxu borclarını qısa müddət ərzində dövlət büdcəsinə ödəyirlər.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026