• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Hərbi dənizçilərimiz 1-ci oldu - VİDEO

GÜNDƏM

22 Avqust 2022 | 18:21 | Müəllif: Subhan Mahmudov

Hərbi dənizçilərimiz 1-ci oldu - VİDEO

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.

Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR