• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Xəstələrə düzgün diaqnoz qoymayan xəstəxanada YOXLAMA

Gündəm

21 Sentyabr 2022 | 15:07

Xəstələrə düzgün diaqnoz qoymayan xəstəxanada YOXLAMA

Gəncə Şəhər Birləşmiş Xəstəxanası yoxlamadan keçirilməmiş aparatla xəstələri müayinə etdiyi üçün cərimələnib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, xəstəxana dövlət tərəfindən yoxlamadan keçirilməyən və attestasiyadan təsdiq almayan aparatlar vasitəsilə xəstələr müayinə edilərək diaqnoz qoyulub.

Müalicənin əsasını düzgün diaqnoz qoymaq təşkil edirsə, digər əsasını isə düzgün laboratoriya müayinələrinə əsaslanan qiymətləndirmə təşkil etməlidir.

Odur ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi əsasında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Bu maddəyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

28 Mart 2024