• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu icra hakimiyyətləri vergini ÖDƏMİR: BÖYÜK MƏBLƏĞDƏ BORC YARANIB

Gündəm

21 Sentyabr 2022 | 12:47

Bu icra hakimiyyətləri vergini ÖDƏMİR: BÖYÜK MƏBLƏĞDƏ BORC YARANIB

Yerli icra hakimiyyəti qurumlarının yaratdığı hüquqi şəxslərin dövlət büdcəsinə böyük məbləğdə vergi borcu var.

Bakıvaxtı.az xəbər verir ki, rayon icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə nümayəndələrinin ümumilikdə 17 min manatdan çox borcu var.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının II Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 3309 manat,  Örənqala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2060 manat, Aşıqalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 530 manat, Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 357 manat olmaqla, ümumilikdə 5986 manat dövlətə borcu var.

Yevlax Şəhər İcra Hakimiyyətinin Aşağı bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2119 manat, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 754 manat, Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 700 manat, Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 661 manat, Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 534 manat, Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 489 manat, Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 425 manat olmaqla, ümumilikdə 5682 manat dövlətə borcu var.  

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2127 manat, Hacilar kənd iinzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1314 manat, Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 350 manat, Taynaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 348 manat, Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 342 manat, Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 329 manat olmaqla, ümumilikdə 4468 manat dövlətə borcu var.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1191 manat dövlətə borcu var.

Ramid İbrahimov  


SON XƏBƏRLƏR

26 Aprel 2024