• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistan müharibəyə hazırlaşır? - AÇIQLAMA

GÜNDƏM

20 Oktyabr 2022 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan müharibəyə hazırlaşır? - AÇIQLAMA

Ermənistan Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına ağır artilleriya qurğuları yığmağa başlayıb. Revanşist qüvvələr yenidən cəsarətləndirib və nəticə etibarilə hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək xülyasına düşüblər. Ermənistan müharibəyəmi hazırlaşır?

Hərbi ekspert Emil Həsənli Bakıvaxtı.az-a bildirib ki, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etmir, götürdüyü öhdəlikləri yerinə yetirmir: “1994-cü ildən bu yana bir neçə dəfə sülh sazişinin imzalanması üçün tarixi şərait yaransa da, Ermənistan hər dəfə bir bəhanə ilə bundan boyun qaçırıb. Hətta ermənilər sülh şəraiti yaranan kimi prezidentlərini, baş nazirlərini istefaya göndərib, parlament rəhbərlərini daş-qalaq edirblər. Yəni, Ermənistan sülhlə bağlı addımlar atılarkən hər zaman müxtəlif üsullarla şoular göstərib”.

Ekspert qeyd edib ki, Ermənistandan başqa Fransa və İran da münaqişənin bitməsinə maraqlı deyil: “Hətta İran 30 ildir heç bir təlim keçmədiyi halda, son günlər ərazi boyu təlimlər keçirir. Fransa prezidenti də ondan fərqli addımlar atmır. İran olmasaydı, Ermənistanın nəfəsi gedib-gəlməzdi. Çünki silah daşınması üçün Gürcüstan, Türkiyə yolu bağlamışdı. Silahlar Ermənistana İran üzərindən daşınırdı. Hətta İran münaqişənin uzanması üçün Ermənistana silah, ərzaq və maddi yardım da göstərir. O cümlədən də Fransa...”

Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesini pozmaq üçün müxtəlif təxribatlar törədir. Ermənistan həm cəbhə bölgəsində, həm KİV-lərdə təxribatlar törədir, dezinformasiyalar yayır, bütün hallarda şərəfsizcə vuruşur: “Ermənilər Liviyadan, Suriyadan, Hindistandan və başqa ölkələrdən köç edib bu regionda məskunlaşmış millətdir. Onlar bu regiondan getməsələr, sülh və əmin-amanlıq olmayacaq. Görünür, Azərbaycan bunu da edəcək. İlkin olaraq cəbhəboyu bufer zolağı yaradılacaq, təhlükəsizlik zolağı Ermənistanda olmalıdır. Çünki İrəvan tarixi Azərbaycan ərazisidir. Bunun çox nümunələri var. Son olaraq qardaş Türkiyə bunu Suriyada terroristlərlə mübarizə üçün yaradıb. Azərbaycan da bunu Qazaxdan Naxçıvana qədər yaratmalıdır. Bu, alınmasa, ermənilər bu regiondan köçüb getməlidir. Bunun başqa alternativi yoxdur”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026