• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Dövlət şirkəti tender qaydalarını pozdu

GÜNDƏM

26 Iyul 2022 | 12:15

Dövlət şirkəti tender qaydalarını pozdu

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi elan etdiyi açıq tenderə yekun vurub.

Bakıvaxtı.az
xəbər verir ki, tenderin qalibi “Aztikintiservis” MMC-dir.

Qalib şirkətə 208 min 498 manat ödəniləcək.

Tender Lot_8 üzrə Şəmkir Sol Sahil Maşın kanalın (PK106+00-PK116+00) beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlıdır.

Qeyd edək ki, “Aztikintiservis” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Paşa Papaqçiyevdir. Şirkətin dövlətə 7593 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026