• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda “Coca Cola” şirkəti məhkəməyə verildi

GÜNDƏM

02 Iyun 2022 | 20:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda “Coca Cola” şirkəti məhkəməyə verildi

“Coca Cola” məhsullarının Azərbaycandakı istehsalçısı “Koka-Kola Bottlers LTD” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan cərimə protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qanunu pozma faktı məhkəmə qaydasında təsdiqini taparsa, şirkəti cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Coca Cola” içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa “Fanta”, “Sprite” və “Bonaqua” içkiləri də məhz həmin şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026