Bakıda böyük yaşayış kompleksinin tikintisi ilə məşğul olan Mənzil-Tikinti Kooperativlərinin (MTK) külli miqdarda borcu yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, qanunvericiliyə görə, maddi baxımdan çətin durumda olan şirkətlər vergi borcunu ödəməzsə, əmlakları müsadirə edilir.
Dövlətə vergi borcu olan MTK-ların siyahısında 5 milyon 505 min 787 manat borcla “Azər-Ross İ K” MTK rəhbərlik edir.
Qeyd edək ki, "200 saylı" MTK-nın 602.481 manat, "Bakı- XXI BM" MTK-nın 319.690 manat, "Cənnət Park" MTK-nın 305.477 manat, "Abşeron-A1" MTK-nın 144.625 manat, “Baku City" MTK-nın 71.805 min manat dövlətə vergi borcu var.
İbRa
















