• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zelenski azərbaycanlı hərbçiləri TƏLTİF ETDİ

GÜNDƏM

07 May 2022 | 11:31 | Müəllif: Subhan Mahmudov

Zelenski azərbaycanlı hərbçiləri TƏLTİF ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.(report)


Zelenski azərbaycanlı hərbçiləri TƏLTİF ETDİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026