• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Daha 9 azərbaycanlı Ukraynadan Vətənə gətirildi

GÜNDƏM

06 May 2022 | 17:58 | Müəllif: Subhan Mahmudov

Daha 9 azərbaycanlı Ukraynadan Vətənə gətirildi

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyyə olunublar.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026