Moskvada mayın 9-da qeyd olunacaq “Qələbə günü” öncəsi Rusiya ordusu Qızıl Meydanda hərbi paradın məşqini keçirib.
Bakıvaxtı.az xəbər verir ki, dünyadakı bütün nəzərlər Rusiya üçün kritik əhəmiyyət kəsb edən mərasimə yönəlib.
Ukrayanda başlatdığı müharibə gözlədiyindən çox daha uzun sürən və meydanda böyük itkilər verən Putinin bayramda müharibə ilə bağlı önəmli mesajlar verməsi gözlənilir.
Qərb rəsmiləri və Ukrayna kəşfiyyatı Putinin bu il qeyd edilən Qələbə Gününü Donbas regionunda bir qələbə elan etmək üçün istifadə edə biləcəyini irəli sürsə də, hərbi analitiklər Putinin kütləvi səfərbərlik elan edə biləcəyini düşünürlər.
Böyük mərasimə sayılı günlər qaldığından Moskvada hazırlıqlar sürətləndi. Rusiya ordusu dünən axşam Moskvanın Qızıl Meydanında iki məşq keçirib. Məşqdə yüzlərlə əsgər yürüş edib və zirehli texnika nümayiş olunub.
Ramid İbrahimov


jpg-1651842756.jpg)













