• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Arutyunyan: “Qarabağda 17 yeraltı istehkam tikirik”

GÜNDƏM

05 May 2022 | 18:12 | Müəllif: Subhan Mahmudov

Arutyunyan: “Qarabağda 17 yeraltı istehkam tikirik”

2-ci Qarabağ savaşından əvvəl yeraltı istehkamlar, bunkerlər tikmək qərarına gəldik, çünki müharibənin qaçılmaz olduğunu bilirdik.

Bakıvaxtı.az bizim.media-ya istinadən xəbər verir ki, bu fikirləri Qarabağda keçmiş qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan Ermənistandan gələn ziyalılarla görüşdə deyib.
"Düşmənin hücumu zamanı güclü müdafiəni təmin edəcək 100 belə müdafiə strukturunun tikilməsi nəzərdə tutulmuşdu.

Onlardan 17-nin tikintisinə artıq başlanılıb, birində isə işlər başa çatmaq üzrədir. Bu bunkerdən müharibə zamanı da istifadə olunub. 44 gün ərzində bu mövqedə heç bir itki olmayıb", deyə o, qeyd edib.

Arayik Arutyunyan vurğulayıb ki, əgər müharibə altı ay sonra başlasaydı, bu yeraltı istehkamlar tikiləcəkdi və qurbanların sayı az olacaqdı, çünki sentyabrın 28-də artıq bütün tikinti işləri dayandırıldı: "Şənbə cümədən tez gəldi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026