Rusiya ilə Ukrayna arasında başlayan müharibədə Rusiyanın tərəfində olan Belarus müharibənin mühüm sütunlarından birinə çevrildi.
Bakıvaxtı.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyi bu gün ölkənin silahlı qüvvələrinin döyüş hazırlığını yoxlamaq üçün qəfil və irimiqyaslı təlimlərə başladığını bildirib.
Rusiya qoşunlarını öz ərazisinə yerləşdirən və ətraf ölkələrin qorxulu arzusuna çevrilən Belarusun verdiyi açıqlamada qonşu dövlətlərin narahatlığına cavab verilib.
Rusiyanın Ukraynaya müdaxiləsi və davam edən müharibə kontekstində Belarus Müdafiə Nazirliyindən bildirib ki, təlimlər qonşuları və ümumilikdə Avropa ictimaiyyəti üçün heç bir təhlükə törətmir.
Belarus ordusunun bu gün qəfil təlimə başlamasından sonra Ukraynadan açıqlama gəlib.
Belarusun Rusiya tərəfində müharibəyə girəcəyi təqdirdə Ukraynanın paytaxtı Kiyevin bu vəziyyətə hazır olduğunu ifadə edən Ukrayna Dövlət Sərhəd Təşkilatının sözçüsü Andriy Demçenko, “Rusiya Federasiyasının Belarus bir nöqtədə torpaqlarını və Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı istifadə edə biləcəyini də nəzərdən qaçırmırıq. Ona görə də biz hazırıq” deyə bildirib.
Ramid İbrahimov
















