"Yaxın aylarda inkişaf etmiş ölkələri yüksək infilyasiya, yoxsul ölkələri isə aclıq təhlükəsi gözləyir".
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru Fikrət Yusifov bildirib.
O qeyd edib ki, müharibə səbəbindən Ukrayna 50 milyon ton taxıl məhsulu ixrac edə bilməyəcək çünki bu mövsüm ölkədəki əkin sahələrinin cəmi 30-50 faizində səpin aparmaq mümkün olacaq: "Rusiya hökuməti isə Qərbin sanksiyalarına cavab olaraq cari ilin martın ayının 15-dən etibarən ölkədən buğda, arpa, çovdar və qarğıdalının ixracına qadağa qoydub. Nəzərə almaq lazımdır ki, Ukrayna Rusiya ilə birlikdə dünya bazarlarına buğdanın təxminən 30%-ni verir. Bu səbəbdən yaxın aylarda inkişaf etmiş ölkələri yüksək infilyasiya, yoxsul ölkələri isə aclıq təhlükəsi gözləyir".
Ramid İbrahimov







jpg-1651842756.webp)








