• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Partlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLAR

GÜNDƏM

07 Aprel 2022 | 17:00

Partlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLAR

Xəbər verdiyimiz kimi, aprelin 3-də Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verdi.

Bakıvaxtı.az xəbər verir ki, istintaq üçün əhəmiyyətli olan maddi obyekt və izləri qorumaq, hadisə yerinin toxunulmazlığını və hərəkətin təhlükəsizliyini təmin etmək üçün hadisənin olduğu ərazi xüsusi vasitə ilə (əhatəedici lent) əhatəyə alınıb.

Hadisənin baş verdiyi əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Qeyd edək ki, partlayış nəticəsində 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağır sayılır. Yaralıların əksəriyyəti, əsasən, yanıq xəsarətləri alıb. Travmatoloji sınıq xəsarətləri alanlar da var. Yaralananlardan ikisinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

İlkin ehtimallara görə, partlayış qaz balonundan sızma nəticəsində baş verib.

Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəydiyi bildirilir.

Ramid İbrahimov  


Partlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLARPartlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLARPartlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLARPartlayışdan sonra gecə klubundakı vəziyyət - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026