“Unibank” ASC-yə məxsus debet kartlardan imtina etsə də, ona borc yazılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu vətəndaş Şahnaz Əhmədova bildirib.
O qeyd edib ki, sözügedən banka məxsus debet kartlarına borcunu sıfırlayıb: “Müxtəlif vaxtlarda bankın filialına yaxınlaşdım, sistem işləmədi deyə kartı bağlatdıra bilmirəm. Dəfələrlə zəng edib operatorlarla danışmışam, problem həll olunmamış qalır.
Hər ay istifadə etmədiyim karta görə mənim adıma borc yazırlar. Hazırda mənə gələn mesajda 13 manat borc göstərir. Mən gün ərzində Bakıdan kənarda oluram, artıq filialınıza yaxınlaşa bilmirəm və qəti qərarımdır o 13 manatı da ödəməyəcəyəm”.
Ş.Əhmədova deyib ki, onlayn bankçılıq xidməti işləmir, müştərinin işini asanlaşdırmağa belə cəhd etmirlər.
“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova Bakıvaxtı.az-a bildirib ki, müştərinin şikayəti aradırşdırılacaq.
Ramid İbrahimov
















