“Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir.
Bakıvaxtı.az xəbər verir ki, bu dəfə istehlakçı hüquqları pozulan radio aparıcı Elgün Xıdırov olub.
“Deməli, “Bakcell” bu aydan etibarən abunə haqqını 1 manatdan 3 manata qaldırdı. Əvəzində ölkədaxili 60 dəqiqə balans verdi. Dedim nə yaxşı. 60 dəqiqə mənə lap 1 ay bəsdi ki, onsuzda telefonla çox danışmağa həvəsim yoxdu, sözümü dedim bitdi. May ayı başlayır və ayın 3-ü “Bakcell”dən mesaj gəlir ki, 60 dəqiqə danışıq bonusunuzu artıq istifadə elədiz. Hələ bu bazar və bayram günləridi. Demək olar, telefondan istifadə etməmişəm. Zəng vurub soruşuram nə məsələdi. Operator deyir istifadə olunub. Birdən ağlıma gəlir, soruşuram ki, sizdə 1 saniyə 1 dəqiqə hesablanır? Deyir, bəli, yuvarlaqlaşdırma 1 dəqiqədir”, - deyə E.Xıdırov bildirib.
O qeyd edib ki, mobil nömrə daşınması xidməti vasitəsilə digər mobil operatorun abunəçi olacaq.
Ramid İbrahimov

















