Gəncə şəhər sakini 16 yaşlı yeniyetmə atasına məxsus "Hyundai" markalı avtomobillə Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisində, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilsə də, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edirlər, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətdə aciz qalacaqlarını, bir sözlə - sonrakı peşmançılığın fayda verməyəcəyini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və valideynlərə müraciət edərək onları övladlarının gələcəyi naminə birgə əməkdaşlığa çağırır", - deyə məlumatda qeyd olunub.
Bakı 



