• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Günah Rusiya Federasiyası nümayəndələrinin üzərindədir - İlham Əliyev

SİYASƏT

06 Yanvar 2025 | 13:35

Günah Rusiya Federasiyası nümayəndələrinin üzərindədir - İlham Əliyev

Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib:

"Cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".


SON XƏBƏRLƏR

07 Yanvar 2025