• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Gürcüstan rəsmisi: BTQ xəttinin tutumu ilin sonuna kimi üç dəfə artırılacaq

SİYASƏT

12 Noyabr 2025 | 16:09

Gürcüstan rəsmisi: BTQ xəttinin tutumu ilin sonuna kimi üç dəfə artırılacaq

Gürcüstan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun yükdaşıma tutumunu 2025-ci ilin sonunadək üç dəfə artırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən “EnterpriseGeorgia” agentliyinin nümayəndəsi Ketevan Kebuladze Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, BTQ layihəsi Gürcüstanın regional nəqliyyat əlaqələrinin əsas hissəsidir və ölkənin Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirir.

    Nümayəndə qeyd edib ki, “Orta Dəhliz” üzərində yüklərin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 15 dəfə artıb. Bu, region ölkələrinin koordinasiyalı infrastruktur siyasətinin real nəticələr verdiyini göstərir.

    O əlavə edib ki, Gürcüstan həmçinin şərq-qərb avtomobil magistrallarını yeniləyir, dərin dəniz limanının tikintisini davam etdirir və liman-cəmiyyət (port community) sistemləri vasitəsilə rəqəmsal logistika koridorları formalaşdırır.


    SON XƏBƏRLƏR